Türkiyənin Mərkəzi Bankı faiz dərəcəsini az qala iki dəfə artıraraq 15 faizə çatdırıb.
Bir çox ekspertlərin fikrincə, bu, Ərdoğanın qeyri-ənənəvi maliyyə siyasətindən dönüş deməkdir.
CNN yazır ki, Türkiyədə illik istehlak qiymətlərinin inflyasiyası son iki onillikdəki 85.5 faizdən düşüb, lakin may ayının məlumatına görə hələ də 39.6 faizdir.
Mərkəzi Bankın bəyanatında deyilir ki, ölkədə inflyasiyanı artıran faktorlar qalır və buna görə də inflyasiyanın başqa ölkələrdə azalmasına baxmayaraq, Türkiyədə inflyasiya artır.
Buna da bax: Manat möhkəmlənirsə, məzənnə niyə dəyişmir?Ümidverici siqnallar
Bu, Rəcəb Tayyib Ərdoğan ötən ay təkrar prezident seçiləndən bəri faiz dərəcəsinin ilk artımıdır.
Bu həm də son iki ildə faiz dərəcəsinin ilk dəfə qaldırılması deməkdir.
Bütün bu dəyişikliklər Goldman Sachs bankının keçmiş əməkdaşı Hafize Qaye Erkan Mərkəzi Banka rəhbər təyin ediləndən sonra baş verir.
Bankın bəyanatında deyilir ki, faiz dərəcəsinin qaldırılmasından məqsəd inflyasiyanın “mümkün qədər tez” endirilməsidir.
Bu da qeyd olunur ki, bu proses davam edəcək və nəticədə ölkənin inflyasiya perspektivlərində əhəmiyyətli yaxşılaşma baş verəcək.
Capital Economics firmasından Layam Piç deyib ki, Türkiyə Mərkəzi Bankı ümidverici siqnallar verir və faiz dərəcəsinin yeni artımları gözlənilir.
Ekspert bildirir ki, o bu ilin sonunadək faiz dərəcəsinin 30 faizə yüksələcəyini gözləyir.
Buna da bax: 10 il qadağası Azərbaycana gətirilən avtomobil sayına necə təsir edib?Proqnoz vermək tezdir
Ərdoğan 2021-ci ildə bütün dünyada inflyasiyanın yüksəlməsinə baxmayaraq Mərkəzi Banka faiz dərəcəsinin endirilməsi üçün 9 dəfə göstəriş vermişdi və nəticədə bu göstərici 8.5 faiz olmuşdu.
Həmin müddətdə Türkiyə lirəsinin məzənnəsi 170 faiz düşmüşdü.
Lirənin qiymətdən düşməsi yaşayış qiymətlərini, idxalı bahalaşdırmış və hökumət milli valyutanın kursunun sabitləşdirilməsi üçün ölkənin xarici valyuta ehtiyatlarına əl atmalı olmuşdu.
Bu müddətdə Ərdoğan habelə iqtisadiyyatı yüksəltmək istədiyini nümayiş etdirmək üçün Mərkəzi Bankın dörd direktorunu vəzifədən kənarlaşdırmışdı.
Bu ay Ərdoğan habelə baş nazirin keçmiş müavini və keçmiş maliyyə naziri, ABŞ-ın Merril Lynch investisiya fondunun keçmiş iqtisadçısı Mehmet Şimşeki maliyyə naziri vəzifəsinə gətirib.
Buna rəğmən faiz dərəcəsinin artımı xəbərlərindən sonra lirə 2 faiz də ucuzlaşıb və rekord aşağı həddə enib.
Hazırda 1 ABŞ dolları 24 lirədir.
Oanda firmasının eksperti Kreyq Erlam deyib ki, hələlik bazar proqnozlarının verilməsi və investorların rahat nəfəs alması üçün çox tezdir.
O xatırladıb ki, Ərdoğan keçmişdə faiz dərəcəsi qaldıran bank müdirlərini işdən qovmaqda tərəddüd etməyib.