Türkiyə Patriot raketlərinin alınmasına dair danışıqların davam etdiyini bildirir

Türkiyə bildirir ki, Birləşmiş Ştatlardan Patriot antitəyyarə sistemlərinin alınması üçün danışıqlar davam etdirilir.

Xarici işlər naziri Mevlut Çavuşoğlu martın 1-də Anadolu xəbər agentliyinə deyib ki, Birləşmiş Ştatlar Türkiyəyə Patriot raketlərinin verilməsini təklif edib və bu istiqamətdə “müzakirələr davam edir”.

Bu bəyanat Vaşinqton və Ankara arasında Türkiyənin Rusiyadan S-400 sistemlərini almaq planları ilə bağlı yaranmış gərginlik vaxtına təsadüf edir.

Vaşinqton bildirib ki, əgər Ankara NATO sisteminə uyğun olmayan S-400-lərin alınmasını həyata keçirərsə, ona Patriot raketlərinin verilməsi təklifi geri götürülə bilər.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ötən ay bildirmişdi ki, S-400 raket sisteminin alınması prosesi davam etdirələcək və bu qurğuların ilk dəsti Türkiyəyə bu payız gətiriləcək:

"Biz S-400-ləri ona görə aldıq ki, Patriotları ala bilmirdik”.