İyunun 3-də Türkiyənin yenidən seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.
Türkiyə Böyük Millət Məclisindəki mərasimdən sonra R. T. Ərdoğan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib.
Buna da bax: NATO rəhbəri Ərdoğanla danışıqlara tələsirTürkiyə mediasının məlumatına görə, tədbirdə dünyanın 70 -dən çox ölkəsindən dövlət nümayəndələri iştirak edib.
Bu tədbirdə Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib.
Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turunda qalib gəlib.