Erdogan: “300-dən aşağı yer alsaq...”

Türkiyə prezidenti R.T. Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdogan deyib ki, bazar günü keçiriləcək seçkidə parlament çoxluğunu əldə edə bilməsələr, partiyası koalisiya yarada bilər.

Prezident Kral FM radio stansiyasına müsahibəsində deyib ki, əgər parlamentdə 300 yerdən daha az yerə sahib olsalar, koalisiya qurmaq barədə düşünəcəklər. “Amma bu ehtimal çox çox azdır”, deyə Erdogan bildirib.

MHP lideri Devlet Bahceli isə bazar ertəsi günü deyib ki, bu seçkidə MHP və AKP birgə parlamentdə üstünlüyə sahib ola bilməsələr, növbəti seçkiyə gedə bilərlər.

Bazar günü Türkiyədə növbədənkənar seçkilər keçiriləcək.