Türkiyədə yol qəzasında 15 nəfər ölüb, 52 nəfər xəsarət alıb

Türkiyədə yol qəzası, Van vilayəti, 18 avqust, 2019

Türkiyənin cənub-şərqində mikroavtobusun aşması nəticəsində azı 15 miqrant ölüb, 52 nəfərsə yaralanıb.

Bu barədə Reuters agentliyi iyulun 18-də yerli bələdiyyəyə istinadla xəbər verir.

Mikrovtobus Van əyalətində yoldan çıxaraq xəndəyə düşüb.

Mikrovtobusun hara getməsi barədə hələ ki, məlumat verilmir.

Van valisi Emin Bilmez NTV Televiziyasına deyib ki, onlar Əfqanıstan, Pakistan və Banqladeşdən olan miqrantlardır.

Hazırda Türkiyədə , müharibə gedən Yaxın Şərq və Afrika ölkələrindən milyonlarla miqrant var.

Onlar Türkiyə vasitəsi ilə Qərbi Avropaya keçməyə çan atırlar.

2016-cı ildə Türkiyə ilə Avropa Birliyi arasında əldə olunmuş razılaşmadan sonra Avropaya miqrant axını kəskin azalıb.

Razılaşmaya əsasən Türkiyə bu miqrantları öz ərazisində yerləşdirməli, Avropa Birliyi isə əvəzində ona 3 milyard avro vəsait verməli və Türkiyə vətəndaşlarına qarşl viza məhdudiyyətlərini azaltmalıdır.