Türkiyədə gündəlik yoluxmaların sayı artır

İstanbul-Sabiha Gokcen hava limanı

Reütersin verdiyi məlumata görə, avqustun 10-da ölkədə koronavirusa yoluxanların sayı 26 600 nəfərə yaxın olub.

Sutka ərzində 124 nəfərinsə bu virusdan öldüyü bildirilir.

Halbu ki, iyulun əvvəllərində Türkiyədə yeni yoluxma hallarının sayı 4000 nəfərdən bir qədər artıq idi.

Hakimiyyət buna görə, ölkədə tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırdıqdan sonra, pandemiyanın yenidən artığı müşahidə olunur.

Ötən həftə isə yeni yoluxma hallarının sayı 26 800 nəfərdən çox idi.

Reütersin məlumatına görə, hazırda Türkiyədə yaşlı təbəqənin azı 2/3 -si koronavirusa qarşı peyvəndin ilk dozasını, təxminən yardan bir qədər çoxu isə tam toza alıb.

Tib işçiləri və yaşı 50-dən yuxarı olan təxminən 6 milyon nəfərəsə 3-cü doza vurulub.

Reüters agentliyi pandeniyanın yeni dalğası və ölkədə baş alıb gedən yanğınların Türkiyənin turizm sektoruna ciddi ziyan vurduğunu yazır.