Türkiyədə mədən qəzasında azı 40 nəfər həlak olub

Türkiyə, Amasra

Türkiyənin şimalında - Amasrada şaxtada baş vermiş qəzada azı 40 nəfərin həlak olduğu xəbər verilir.

Daha onlarla mədənçinin dağıntılar altında ola biləcəyi ehtimal edilir və axtarışlar davam etdirilir.

Buna da bax: Mask fikrini dəyişib-Ukrayna üçün Starlinkə pul ödəməyə davam edəcəyik

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. İtkin düşənlərin 300-350 metr dərinlikdə iki quyuda dağıntılar altında qaldıqları bildirilir.

Son məlumatlara görə, xilasedicilərin yalnız 250 metr dərinliyə çata biliblər, halbuki onların daha da irəliləyə biləcəkləri bəlli deyil.

Amasra şəhərinin hakimiyyət orqanlarının məlumatına görə, şaxtaçıların demək olar ki, yarısı artıq təxliyə edilib. 11 nəfər dağıntılar altından sağ çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı-Qazax yolunu su basıb

50-dən çox mədənçi çölə çıxmağı bacarıb.

Ötən gecə Amasrada mədəndə partlayış baş verib. Əvvəlcə səbəbin nasaz transformator olduğu bildirilib. Rəsmilər daha sonra mədəndə naməlum səbəblərdən metanın partladığını bildiriblər. Hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər.