Türkiyə məhkəməsi “Cumhuriyet” qəzeti-nin 9 jurnalisti, o cümlədən, qəzetin baş redaktoru Murat Sabunçu barəsində həbs qərarı verib.
Qəzetin əməkdaşları oktyabrın 31-də terrorizmlə əlaqədə şübhəli biliniblər.
Prokurorluq qəzeti PKK və 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülen hərəkatı ilə əlbir olmaqda günahlandırır.
“Cumhuriyet”qəzeti 1924-cü il mayın 5-dən dərc olunur.
Qəzetin əməkdaşları 15 iyul qiyamından əvvəl də hüquq-mühavizəorqanları tərəfindən təqib olunurdu.
Keçmiş baş redaktor Can Dundar ilin əvvəllərində dövlət sirrini yayma ittihamı ilə 6 il azadlıqdan məhrum edilib.
Həmin yazı Türkiyənin Suriyada keçirdiyi əmliyyat barədə idi.