Türkmənistanda hazırkı prezidentin oğlunun qalib gəlməsinə hesablanan olan prezident seçkiləri keçirilir
Martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilir. Bu seçkilər siyasi hakimiyyətin hazırkı avtokratik Qurbanqulu Berdiməhəmmədovdan oğlu Serdara ötürülməsi üçün formallıq kimi dəyərləndirilir.
Səsvermə bülletenində 40 yaşlı Qurbanqulu Berdiməhəmmədovun oğlu Serdar Berdiməhəmmədovla yanaşı daha 8 namizəd var. Onların hamısı prezidentə sadiq olduqları ilə tanınır və əsl rəqib hesab edilmirlər.
64 yaşlı Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bu il fevralın 11-də parlamentin yuxarı palatasında hakimiyyətin “gənc liderlərə” verilməsinə icazə vermək üçün kənara çəkilmək niyyətində olduğunu söylədikdən sonra baş verir.
Buna da bax: Dövlət qulluqçularına Berdiməhəmmədovun oğluna səs vermək tapşırılıbƏksər müşahidəçilər bunu onun prezident kürsüsünü sentyabrda 40 yaşı tamam olan oğluna təhvil verməyə hazırlaşdığının göstəricisi kimi qiymətləndirib.
Beləki 40 yaş ölkə konstitusiyaya görə prezident olmaq üçün tələb olunan minimum yaş həddidir. Qurbanqulu Berdiməhəmmədovun çıxışının səhərisi gün parlament növbədənkənar prezident səsverməsinin tarixini elan edib.
Fevralın 15-də isə Serdar Berdıməhəmmədov Türkmənistanın hakim Demokrat Partiyasını təmsil edən namizəd kimi rəsmən qeydə alınıb.
Türkmənistan 1991-ci ildə müstəqillik əldə etdikdən bəti ölkədə keçirilən seçkilərin heç biri beynəlxalq müşahidəçilər tərəfindən azad və ədalətli sayılmayıb.
Buna da bax: Martın 12-də Türkmənistanda növbədənkanar prezident seçkiləridir