Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov noyabrın 22-də avtomobil idmanı mərkəzinə gedərək yarış maşınlarını sınaqdan keçirib.
O, məmurlara ölkədə avtomobil yarışı keçirməyi də tapşırıb.
Baxmayaraq ki, təşkilati işlərinə milyardlar xərclənən Asiya Oyunları yenicə yekunlaşıb və ölkə büdcəsi üçün problemlər yaradıb.
Neft dünya bazarında ucuzlaşdığı üçün Türkmənistanda sosial problemlər ağırlaşıb, əhalinin dolanışığı pisləşib.
Türkmənistan prezidenti idmanla məşğul olur, dövlət televiziyası bundan öncə də onun basketbol oynadığı, güllə atdığı, idman maşınları sürdüyü, cıdır yarışında iştirak etməsi haqda da videolar yayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Sizin brauzer HTML5-i dəstəkləmir
Sizin brauzer HTML5-i dəstəkləmir