Türkmənistanda avtomobil sürmək istəyən qadınlar üçün yeni qaydalar

Türkmənistan, aprel 2022

Türkmənistanda sürücülük vəsiqəsi əldə etmək istəyən qadınlar üçün yeni qaydaların müəyyən edildiyi bildirilir.

Bu barədə "Türkmen. neyus"a istinadla AzadlıqRadiosunun türkmən xidməti məlumat yayıb.

Buna da bax: 1.5 milyard dollarlıq Arkadağda kimlər yaşayacaq

Məlumatda qeyd olunur ki, yeni qaydalara görə, avtomobil sürmək istəyən qadınlardan nigah haqqında şəhadətnamə və iş yerindən arayış tələb olunur.

Bundan başqa qeyri -rəsmi olaraq bu məsələdə qadınlara yaş həddinin tətbiq olunduğu da bildirilir və qeyd olunur ki, Türkmənistanda avtomobil sürmək istəyən qadının yaşı 40-dan aşağı olmalıdır.

Yaş həddi məhdudiyyətindən əlavə qadınlar etibarnamə ilə də avtomobil sürmə bilməzlər. Belə ki, qadının idarə etdiyi avtomobil onun öz adına rəsmiləşdirilməlidir.

Buna da bax: Türkmənistanı hansı Berdiməhəmmədov idarə edir. Birinci ledi...

Türkmənistanda sürücülük vəsiqəsi əldə etmək arzusunda olanlardan ümumilikdə 13 sənədin tələb olunduğuğu bildirilir.

Yazıda qeyd olunur ki, Türkmənistan hökuməti ölkədə qadın-kişi bərabərliyinin təmin edilməsi üçün real səylər göstərdiyini bəyan etsə də faktiki bir-neçə ildir türkmən qadınlarının hüquqları ciddi şəkildə məhdudlaşdırır.