Tymoshenko-nun tədbirini ‘çılpaq kişi’ pozdu

Yulia Tymoshenko insidentə yumorla reaksiya verib

Ukraynada millət vəkili Yulia Tymoshenko-nun Batkivşina (Ata yurd) partiyasının keçirdiyi konfransda qəfildən səhnəyə qalxan qurşağadək çılpaq etirazçı qısa müddətdə çaşqınlıq yaradıb.

Etirazçının sinəsində və belində şüarlar yazılmışdı.

Bu hadisə baş verərkən keçmiş baş nazir və müxalifət lideri Tymoshenko öz partiyasının Ukrayna üçün Yeni Kurs forumunda çıxış etməyə hazırlaşırdı. Elə bu zaman sözü gedən etirazçı bir dəstə güllə müxalifət liderinə yaxınlaşıb.

Bunun ardınca etirazçı qəfildən maykasını çıxarıb və bu vaxt belindəki “Ukrayna üçün yeni kurs” yazısı və onun belindən aşağıya uzanan ox işarəsi görünüb.

Tymoshenko bu hadisəyə yumorla reaksiya göstərib, gülüb və zala müraciətlə “Bu bədaətən edilmiş hərəkət forumumuzu canlandıracaq” deyib.

Bundan sonra partiya lideri Ukraynada “geniş yayılmış və dərinə işləmiş korrupsiyanın” kökününn kəsliməsi üçün lazım olan siyasi və iqtisadi islahatlardan danışıb. Tymoshenko bu məqsədlə ölkənin prezident üsul-idarəsindən baş nazir sisteminə keçməsinin vacib olduğunu deyib.

2005-2007-ci illərdə baş nazir olmuş Tymoshenko bəyan edib ki, Batkivşina 2019-cu ilin parlament seçkisində iştirak edəcək və prezidentliyə namizəd irəli sürəcək.

Prezidentliyə namizədin Tymoshenko-nun özü olacağına dair söz-söhbətlər var, amma o bu barədə bu forumda heç nə deməyib.

O deyib ki, partiyası gələcəkdə buna bənzər çox sayda forumlar keçirməyi planlaşdırır.