İyunun 3-də onlarla adam Qırğızıstan parlamentinin qarşısında etiraz aksiyası keçirib, hökumətdən Sapat təhsil şəbəkəsinin türkiyəli liderinin tapılmasını tələb ediblər.
Xüsusi komitə yaradılıb
Etirazçıların çoxu Orhan İnandının Türkiyənin gizli xidmətləri tərəfindən oğurlandığına inanır. Onlar son günlər Bişkekdəki Türkiyə səfirliyi və hökumət binasının qarşısında da yürüş ediblər.
Buna da bax: 'Rusiyanın Azərbaycandan istəyi odur ki,…'
Nümayişçilər “Orhan Qırğızıstan vətəndaşıdır. Onu tapın!” sözləri yazılmış plakat qaldırıblar.
Orhan 1995-ci ildən Qırğızıstanda yaşayıb, vətəndaşlığı var, mayın 31-də gecə yoxa çıxıb.
İyunun 1-də səhər Bişkekin mərkəzində onun qapıları açıq, içəridə qiymətli əşyaları qalmış avtomobili tapılıb.
Prezident Sadır Japarov Daxili İşlər Nazirliyinə itkin müəllimi tapmaq göstərişi verib. Bişkek polisi İnanın yerini müəyyənləşdirməkdən ötrü xüsusi istintaq komitəsi yaradıb.
Buna da bax: Amerikalı ekspert: ‘Tək Rusiya vasitəçilik etsə, mübahisə uzanacaq’
Direktorun iddiası
Sapat-ın direktoru Nurlan Kudayverdiyev iyunun 1-də deyib ki, İnandını Türkiyə hakimiyyəti oğurlaya bilərdi, amma o, iddiasını əsaslandırmayb.
2019-cu ildə Ankara Bişkekdən Sapat-ın iki işçisinin ekstradisiyasını tələb etmişdi. Onların Türkiyədə dəqiq açıqlanmayan cinayətlərdə təqsirli bilindiyi deyilirdi. Qırğızıstan prokurorluğu ekstradisiyasının xeyrinə qərar çıxardı, etirazlardan sonra Bişkek məhkəməsi qərarı ləğv elədi.
Son beş ildə Türkiyə Qırğızıstandan Sapat-ı bağlamağı xahiş edib, onu ABŞ-da yaşayan ilahiyyatçı Fətulla Gülenlə əlaqələndirib. Ankara Güleni 2016-cı ilin uğursuz dövlət çevrilişi arxasında durduğunu deyir, Gulen isə ittihamı rədd edir.