“Türk Ulduzları” Bakı səmasında uçub

Türkiyə təyyarələri, arxiv foto

Türkiyə Hərbi Hava Qüvvələrinin aviaqrupları Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən bayram tədbirlərində iştirak edib.

Bu gün, iyunun 26-da hərbi paraddan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçirilib.

“Türk Ulduzları” 2001-ci ilin avqustunda da Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər.

Prezident Hulusi Akarı qəbul edib

Prezident İlham Əliyev iyunun 26-da Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

H.Akar Milli Ordu yaradılmasının 100 illiyi münasibətilə bu gün, iyunun 26-da Bakıda keçirilən təntənəli mərasimə dəvət edilib.
Xatırlatma

Hərbi parad Azərbaycan Cümhuriyyəti (AC) və ordunun qurulmasının 100 iliyi münasibətilə təşkil edilib.

Azərbaycan Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilib. İyun 26-də ordunun əsası qoyulub. Azərbaycan Cümhuriyyəti Rusiya qoşunlarının işğalı nəticəsində 1920-ci il aprelin 27-də süqut edib.

Azərbaycan bir də müstəqilliyinə 1991-ci ildə qovuşub. Yeni müstəqil respublika AC varisi olduğunu bəyan edib.