Hökumət binasını partlatmaq istədiyi deyilən şəxs saxlanıb

Hadisə yeri

Ukrayna polisi bir neçə saatlıq qarşıdurmadan sonra bir kişini saxlayıb. Şübhəlinin “partladıcı cihaza oxşar əşya ilə” Kiyevdə hökumət binasına girdiyi və onu partlatmaqla hədələdiyi bildirilir.

Ukrayna Dövlət Polisinin başçısı İqor Klimenko şübhəlinin ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla müharibənin veteranı olduğunu açıqlayıb. O, şübhəlinin döyüşlərdə iki dəfə yaralandığını, başından xəsarət aldığını söyləyib.

Klimenko təhqiqat başlandığını, şübhəlinin motivlərinin aydın olmadığını deyib.

Polis rəisinin sözlərinə görə, şübhəli iki mühafizəçini və hökumət administrasiyası işçisini hədələyib.