Ukrayna təyyarəsi Tehranda qəzaya düşüb,təyyarədə olanların hamısı ölüb

Ukrayna təyyarəsi İranda qəzaya uğrayıb,8 yanvar, 2020

Ukraynanın sərnişin təyyarəsi yanvarın 8-də İranda qəzaya uğrayıb. Bu barədə Iranın kütləvi informasiya vasitələri xəbər verirlər.

Qəza , təyyarə havaya qalxdıqdan az sonra baş verib. Təyyarədə azı 176 sərnişin olub.

İlkin olaraq qəzaya səbəb kimi texniki problem göstərilir.

Bütün sərnişinlərin həlak olduğu bildirilir.

Ukrayna təyyarəsi Tehran ətrafında qəzaya düşüb

İranın dövlət İRNA agentliyinin məlumatına görə, təyyarədə 167 sərnişin və 9 heyət üzvü olub.

Ukraynanın xarici işlər naziri Vadym Prystayko ölənlərdən 82-nin İran, 63-nün Kanada,10-nun İsveç, 4-nün Əfqanıstan, 3-nün Alman, 3-nün isə Britaniya vətəndaşları olduqlarını bildirib.

Qalan 11 nəfərsə, 9 heyət üzvü də daxil olmaqla Ukrayna vətəndaşlarıdır.

Təyyarə Ukraynanın Beynəlxalq Hava Şirkəti-nə məxsusdur.

Planespotters saytının məlumatına görə Boeing 737-800 təyyarəsi 4 ilə yaxındır ki,istismara verilibmiş.

Bu barədə dövlət televiziyası ilə İran Mülki aviasiya xidmətinin nümayəndəsi Rza Cəfərzadə məlumat yayıb.

UAİ saytının məlumatına görə, təyyarəyerli vaxtla səhər saat 5:15-də Tehrandan Kiyevin “Borispol” hava limanına uçmalı idi.

ABŞ-ın “Boeing” şirkəti qəzadan xəbərdar olduqlarını və hazırda daha çox informasiya topladıqlarını bəyan edib.

AP agentliyinin məlumatına görə, Boeing 737-800 təyyarələrindən daha çox qısa və orta uçuşlar üçün istifadə edilir.