Mirziyoev ikinci müddətə seçkiyə gedir

Şavkat Mirziyoev

Mirziyoevin 24 oktyabr seçkisini asanlıqla udacağı gözənir

Prezident Şavkat Mirziyoev hökumətyönlü Özbəkistan Liberal Demokratik Partiyasından ikinci müddətə prezidentliyə namizədliyi qəbul edib. Gələn ay ölkədə prezident seçkisi keçiriləcək.

Sentyabrın 9-da Daşkənddə partiya qurultayında nominasiyanı qəbul edən Mirziyoev daha çox islahat vəd edib. Fəallar isə onun birinci vəzifə müddətində böyük dəyişiklik edə bilmədiyini deyirlər. 35 milyon əhalisi olan Özbəkistan narazılara təzyiqlərlə seçilir.

Mirziyoevin 24 oktyabr seçkisini asanlıqla udacağı gözənir. Digər dörd nəfər simvolik namizədlər hesab olunurlar. O vəd edib ki, ikinci dəfə beş il müddətinə seçilərsə, hər bir evdə yüksək sürətlə internet olacaq, adambaşına milli gəliri 1700 dollardan 4 min dollara qaldıracaq, jurnalistlərin şəxsən qorunmasını təmin edəcək.

Keçmiş prezident İslam Karimov Özbəkistan Liberal Demokrati Partiyadan bir neçə dəfə seçilmək üçün istifadə edib. O, 2016-cı ildə vəfat edib.

O vaxtdan hakimiyyətə gələn Mirziyoev özünü islahatçı kimi göstərib, siyasi məhbusları azad edib, ölkəni qonşuların və digər ölkələrin üzünə açıb. Amma tənqidçiləri onun bir çox sahələrdə irəliləyiş əldə etmədiyini deyirlər.

Məsələn, Mirziyoev Özbəkistanda siyasi qruplara qarşı olmadığını desə də, müstəqil siyasətçilər seçkiyə namizədliklərini qeydiyyata aldıra bilməyiblər.