Valideynlərin uşaqlara zorla dini tərbiyə verməsi qadağan edilir 

Uşaqlar Aşura mərasimində, arxiv fotosu

Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edib. Bu haqda “prezident.az” saytında məlumat yerləşdirilib.

Əvvəl həmin qanunda deyilirdi: “Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər”.

Yeni dəyişiklikdə isə belə deyilir: “Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir”.

Dəyişiklik 16 iyun 2021-ci ildən qüvvəyə minib.