Valideynlərin əsgərlərlə görüşü dayandırılır

Azərbaycan ordusund17mar2019

Azərbaycanda valideynlərin əsgərlərlə görüşü müvəqqəti dayandırılır. Bununla bağlı bu gen, martın 14-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə Müdafiə naziri Zakir Həsənov bildirib. “Nazir hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi,…o cümlədən kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə bir daha göstəriş verib”,nazirliyin mətbuat xidməti bildirir.

Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah bu gün, martın 14-dən etibarən koronovirus təhlükəsi ilə bağlı Azərbaycanda xüsusi rejimin tətbiq edildiyini açıqlayıb. Ondan əvvəl də Azərbaycanda koronovirus təhlükəsi ilə bağlı martın 27-nə kimi orta və ali məktəblərdə dərslər dayandırılmışdı. Habelə, mart ayında nəzərdə tutulan Novruz şənlikləri ləğv edilmişdi. Həmçinin, Azərbaycan futbol çempionatının bəzi oyunları təxirə salınmışdı.Bütün bunlardan başqa təcridxana və cəzaçəkmə müəssisələrində də görüşlərin verilməsində məhdudiyyətlər tədbiq edilmişdi.

İki gün əvvəl, martin 12-də Azərbaycanda koronavirusa yoluxmuş bir şəxsin vəfat etdiyi açıqlanmışdı. Bu virusa ölkədə yoluxanların sayının 19-a çatdığı bildirilib.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec - yalnız fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.Bu müddət, sonra da daha 2 həftə uzadılıb. Amma bu qərarın yük maşınlarına aid olmadığı bildirilir.Hazırda əsasən İran və İtaliyadan qayıdan yüzlərcə şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.

Üstəlik, martın 14-dən etibarən Azərbaycan və Gürcüstan sərhədi bütün nəqliyyat vasitələri üçün bağlanıb.

Son bir neçə ayda dünyada bu virusdan 5 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.