Vaqif Bayatlı Odər əməliyyat olundu

Vaqif Bayatlı

-

Şair Vaqif Bayatlı Odər əməliyyat olunub.

Bu barədə AzadlıqRadiosuna onun xanımı Tamam Bayatlı məlumat verib.

Hazırda şair palataya yerləşdirilib, durumu normaldır.

"Allaha şükür, palatadadır, danışır, özündədir", deyən xanım Bayatlı qeyd edib ki, şairin ürəyində problem olsa da, həkimlər əvvəlcə beyində cərrahiyyə əməliyyatı aparmağa qərar veriblər:

"Təxminən 6 ay, bir ildən sonra ürək əməliyyatı barədə qərar verilə bilər".

Şair Vaqif Bayatlı səhhətində problemlər yarandığından təcili Türkiyəyə aparılmışdı. Şairin əməliyyat olunması gözlənilirdi.

Buna da bax: Vaqif Bayatlı Odər: "Heydər Əliyev tapşırmışdı ki, mənə toxunmasınlar"

Vaqif Bayatılı 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.1981-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Ulduz”, “Xəzər” jurnallarında çalışıb.

Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na və "Sıçrayış" kitabına görə Gürcüstanın "Vladimir Mayakovski mükafatı"na layiq görülüb.

“Tənha ulduz altında” ,”Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Ən gülməli ölü” və “Yupyumru bir eşq ilə” kitablarının müəllifidir. O, həmçinin tərcümə fəaliyyəti ilə də məşğuldur.

Vaqif Bayatlı Odər şeirlərini deyir

Səni Niyə Belə Sevdim?