ABŞ Haitiyə ordu göndərməkdən imtina edib

Haiti, 9 iyul 2021

ABŞ yerli hökumətin istəyi ilə Haitiyə əsgər göndərməkdən imtina edib.

Bu barədə Reuters, ABŞ prezident administrasiyasında adı açıqlanmayan bir yüksək vəzifəli şəxsə istinad edərək məlumat yayıb.

Cümə günü Haiti hökuməti prezident və parlament seçkiləri ərəfəsində Vaşinqtondan ölkədə nizam-intizamın bərpasında kömək istəyib.

İyulun 7-də ölkə paytaxtı Port-o-Prins şəhərində Haitinin prezidenti Jovenel Moiz qətlə yetirilib. Polisin məlumatına görə, daha 3 nəfərin də qətlində şübhəli bilinən 17 nəfər saxlanılıb. Prezidentin qətlindən sonra ölkədə iğtişaşlar başlayıb. Hökumət ölkədə 15 günlük fövqəladə vəziyyət elan edib.

Seçkilər naziri Matthias Pierre yaranmış vəziyyətlə bağlı iyulun 9-da ABŞ-dan hərbi yardım istəyib. Nazir CNN-ə verdiyi müsahibəsində Haitinin təxminən 500 nəfərlik məhdud bir kontingentə ehtiyacı olduğunu deyib. Hökumət eyni zamanda ölkəsinə ordu göndərilməsi üçün BMT-yə müraciət etdi. Təşkilatın sözçüsü Jose Luis Diaz Reuters-ə bildirib ki, qoşunların tətbiqi tələbi alınıb. Amma o deyib ki, bu məsələ Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır.

Seçkilər nazirinin dediyinə görə, sentyabrın 26-da ölkədə prezident və parlament seçkilərinin keçirilməsi planlaşdırılıbmış.