Vəkil olmaq istəyənlərin 130-u ilk mərhələni keçib

Ümumi: Azərbaycanda imtahan

Vəkil olmaq istəyənlərdən 130-u birinci mərhələni keçdi

Bu gün, oktyabrın 2-də Azərbaycanda vəkilliyə qəbulla bağlı keçirilən növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin nəticəsi bəlli olub.

Vəkillər Kollegiyasının məlumatına görə, müraciət edən 280 hüquqşünasdan 273 nəfəri imtahana gəlib:
“ 3 saat davam edən imtahanda bilavasitə 273 nəfər iştirak edib, onlardan 130 nəfəri 60 və daha yüksək bal toplayıb ki, bu da 47,6 faiz təşkil edir.”

Bildirilir ki, Azərbaycan Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının şifahi müsahibə mərhələsinin vaxtına aid namizədlərə əlavə məlumat veriləcək.

***

Oktyabrın 2-də Azərbaycanda vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir.

Dövlət İmtahan Mərkəzinin (DİM) kompüter mərkəzində keçirilən imtahanda iki növbəli olmaqla 280 namizəd iştirak edir.

Üç saat davam edəcək imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid 100 test sualı təqdim olunur. Bu suallardan 60 mümkün balı toplaya bilən namizədlər imtahanın növbəti, şifahi mərhələsində iştirak edə biləcəklər.

Hər sual 1 balla qiymətləndirilir.

Vəkilliklə bağlı qanunvericiliyə edilən son dəyişiklikdən sonra yalnız Azərbaycan Vəkillər Kollegiyasına üzv olan hüquqşünaslar vəkil kimi fəaliyyət göstərə bilərlər. Əvvəlki qanunvercilikdə isə, kollegiyaya üzvülüyü cinayaət işlərində mütləq idi.

Azərbaycanda son illər bir çox vəkillər kollegiyadan uzaqlaşdırılıb. Onlardan bəziləri də müxalifətçilərin və jurnalistlərin müdafiəsində iştirak edən vəkillər olub. Hüquq müdafiəçiləri bunu siyasi sifarişlə, Vəkillər Kollegiyasının rəhbərliyi isə bunu onların qanunvericiliyin tələblərini pozmaları ilə izah edib. Amma onlardan bəzilərinin hüquqlarının pozulduğunu Avropa İnsan Hüquqları Məhkməsi də tanıyıb. Bir neçəsinin işi də orada hazırda baxılmasını gözləyir.