Velosiped yığmasının cərimə meydançasına aparıldığı deyilir (Video)

İllüstrasiya

Bu gün, dekabrın 17-də,Azərbaycan yığmasının və Synergy Baku klubunun velosipedçilərini aeroport yolunda məşq zamanı Yol Patrul Xidmətinin əməkdaşlarının saxladığı bildirilir.

İdmançılar və onları müşayiət edən avtomobilin Qala qəsəbəsindəki 12 nömrəli cərimə meydançasına göndərildiyi qeyd edilir.

Bu məlumat Azərbaycan Velosiped İdmanı Federasiyasının “Facebook” səhifəsində yayılıb.

Onlar velosipedçilərin həmişə olduğu kimi lazımi təhlükəsizlik tələblərinə riayət etdiklərini və yol hərəkəti qaydalarını pozmadıqlarını bildiriblər:

"Məşq prosesləri zamanı velosipedçilər və məşqçilərtəhlükəsizlik qaydalarına hər zaman tam riayət edirlər. Mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşayiət edir. Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun bütün tələblərinə riayət edirlər”.

Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev bildirib ki, bir neçə ildir velosipedçilər məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildəcərimə meydançasına aparılması ilk dəfədir baş verir:

“Bilmirsən güləsən, yoxsa ağlayasan?! Son durum isə belədir: velosipedlər aktlaşdırılaraq cərimə meydançasında saxlanıldı, velosipedçilər isə yola salındı.”, məlumatda vurğulanır.

Məsələyə, hələlik, Baş Dövlət Yol Polisi İdarəsindən münasibət almaq mümkün olmayıb.

Bu video federasiyanın saytında yayılıb.