Voronejdəki partlayışdan daha bir qadın ölüb

Hadisə yeri

17 yaralı hazırda müalicə olunur, onlardan azı dördünün vəziyyəti ağırdır

Avqustun 12-də Rusiyanın mərkəzindəki Voronej şəhərində sərnişin avtobusundakı partlayışda aldığı xəsarətdən ikinci qadın dünyasını dəyişib.

Voronej regionunun qubernatoru Aleksandr Qusev avqustun 13-də rəsmi Telegram kanalında bu haqda məlumat yayıb.

17 yaralı hazırda müalicə olunur, onlardan azı dördünün vəziyyəti ağırdır.

Rəsmilər partlayışa avtobusa yerləşdirilmiş qaz balonlarının səbəb olmasından şübhələnirlər. Moskvadan Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Voronejdə məsələsi təhqiq edirlər.

İstintaq Komitəsi təhlükəsizlik qaydalarının mümkün pozuntusu ilə əlaqədar cinayət işi açıldığını bildirib.

Adı çəkilməyən müstəntiq hadisə yerində partlayıcı əlaməti aşkarlanmadığını söyləyib.

Avtobus xəttinin təmsilçisi isə şirkət avtobuslarının dizel yanacağı ilə işlədiyini, qaz balonu daşımadıqlarını deyib.

Partlayış avtobus dayanıb sərnişin götürərkən baş verib.