İstirahət mərkəzində zəhərlənmə

11 nəfər zəhərlənib.

Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində kütləvi qida zəhərlənməsi baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Turan"a bildirilib ki, qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib: "Altı şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, beş nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir. Vəziyyətləri normal qiymətləndirilir".

Qurumdan qeyd olunub ki, hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır: "Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib".