Avqustun 20-də el arasında sevgi-sayqıyla «Xan Əmi» adıyla tanınan ustad xanəndə Şuşalı Xanın - Xan Şuşinskinin 115 yaşı tamam olur.
AzadlıqRadiosunun «İz» proqramı bu yubileyi «Şuşalı Xan Əmi» dastanıyla anır.
Sizin brauzer HTML5-i dəstəkləmir
- Gələcəkdə «Xan Əmi» çağrılacaq İsfəndiyar hansı ortam və ailədə dünyaya göz açmışdı?
- Bəlli mədəni özəllikləriylə diqqət çəkən və heç də dünyaya qapalı olmayan bir şəhərdə balaca İsfəndiyar necə yaşamışdı?
- Cavanşirlər soyadının daşıyıcısı olan İsfəndiyar xan və bəylərə, əsilzadələrə meydan oxunan bir zamanda nədən dönüb öncə Xan, sonra da «Xan Əmi» oldu?
- Xan Əmi bolşeviklərlə-kommunistlərlə necə yola getdi? Kommunist oldu-olmadı?
- O,nə vaxtdan Bakıya köçdü və adi sovet respublikasının paytaxtı xanəndəni necə qarşıladı?
- Xan Əmi xalqa yadigar qoyub getdiyi dadlı-duzlu mahnılarını necə bəstələdi?
- Ustad sənətkarın gülməcə və zaman-zaman siyasi çalarlı atmacaları nədən dillərdə gəzdi? Bu onun həyatsevərliyindən nişan verirdi, yoxsa konformizmə, yapma-yalançı müasirliyə içindəki etirazdan?
- Və nəhayət, Xan Əmini unutmamaq mədəniyyətə nə qazandırır?
Avqustun 21-də saat 23-də şuşalı Xan Əmini - ustadlar ustadı bir xanəndəni, ifaçılıq əfsanəsini bir daha yada salmaq, əcaib-qəraib, amma maraqlı yaşam tarixçəsini birgə vərəqləmək olar.
Bu «İz»i itirməyin!