Xələf Xələfov Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.
Baş nazir Novruz Məmmədov bununla bağlı dekabrın 13-də sərəncam verib.
Xələf Xələfov elə bu gün, dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilmişdi.
***
Bundan əvvəl verilmiş xəbərdə deyilirdi ki, Xələf Xələfov Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bu gün, dekabrın 13-də bununla bağlı sərəncam imzalayıb.
Xələf Xələfov 1983-cü ildən 1990-cı ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyində çalışıb.
O, 1991-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində fəliyyətə başlayıb.
1997-ci ildən isə xarici işlər nazirinin müavini idi.