General Surovikin Xerson vilayətində evakuasiyaya hazırlaşır

Rusiya Müdafiə Nazirliyi oktyabrın 8-də general Sergey Surovikini Ukraynadakı Rusiya qüvvələrinin baş komandanı elan edib

Ukraynadakı Rusiya qüvvələrinin yeni komandanı Rusiya ordusunun çətinliklərlə üzləşdiyini etiraf edib

Ukraynadakı Rusiya qüvvələrinin yeni komandanı Rusiya ordusunun çətinliklərlə üzləşdiyini etiraf edib.

General Sergey Surovikin oktyabrın 18-də Rossia-24 dövlət telekanalına müsahibəsində deyib:

"Xüsusi hərbi əməliyyat zonasındakı vəziyyət gərgin sözü ilə səciyyələndirilə bilər. Düşmən davamlı olaraq Rusiya qoşunlarının mövqelərinə hücum cəhdləri göstərir. Bu ilk növbədə Kupyansk, Liman, Nikolayev-Krivoy Roq sektorlarına aiddir”.

Buna da bax: Ukrayna dronların öhdəsindən gələ biləcəkmi?

Surovikin bunu da deyib ki, Rusiya Ukraynanın cənubundakı Xerson vilayətində mülkilərin təxliyəsinə hazırlaşır.

Xerson vilayəti Rusiyanın Ukraynadan üç həftə əvvəl ilhaq etdiyi dörd regiondan biridir.

Buna da bax: NATO Ukraynaya antidron sistemləri verəcək

Çətin qərarları istisna etmədən

Rusiya komandanı bu barədə deyib:

"Rusiya ordusu ilk növbədə əhalinin Xersondan salamat evakuasiya olunmasını təmin etməlidir. Bizim Xerson şəhərinin özü ilə bağlı növbəti plan və hərəkətlərimiz yaranmaqda olan hərbi-taktiki vəziyyətdən asılı olacaq. Amma təkrar edirəm ki, artıq bugün vəziyyət çox gərgindir. Biz şüurlu şəkildə, çətin qərarları istisna etmədən hərəkət edəcəyik”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq

Xerson vilayətinə Moksva tərəfindən təyin edilmiş başçı Vladimir Saldo isə deyib ki, söhbət mülkilərin “tədricən və mütəşəkkil” qaydada Dnepr çayının sol sahilinə keçirilməsindən gedir.

Saldo videomüraciətində heç bir dəlil-sübut göstərmədən Ukrayna qüvvələrini Novo-Kaxovka su-elektrik stansiyasının əsas bəndini dağıtmaq niyyətində ittiham edib.

O deyib ki, Ukrayna tərəfi genişmiqyaslı hücum üçün böyük qüvvələr cəmləşdirir.

Rusiya Müdafiə Nazirliyi oktyabrın 8-də Surovikini Ukraynadakı Rusiya qüvvələrinin baş komandanı elan edib.

Bu, Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bəri Ukrayna qüvvələrinə ilk vahid komandanın təyin edilməsi olub.