Bu gün, avqustun 11-də güclü külək axşam saatlarınadək davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında bildirilir.
Qeyd olunub ki, şimal-qərb küləyi arabir Maştağada 38, Bakıda 33-36, Sumqayıtda 30, Ələtdə 28, Pirallahıda 29, Qum adasında 26, Çilov adasında 22-25 və Neft Daşlarında 20-23 metr/saniyəyədək güclənib.
Ötən həftə də Bakıda güclü şimal küləyi əsmişdi.Onda bu paytaxtda ciddi fəsadlara səbəb olmuşdu. Bəzi yerlərdə ağaclar qırılaraq insanların, avtomobillərin üstünə düşmüş, bir sıra binaların dam örtyü qopmuşdu.