Xəzərdə dəniz minası tapılıb

Xəzər dənizində tapılan mina partladılıb, iyun 2018

Xəzər dənizinin Azərbaycana məxsus hissəsində qayalıqlara baxış zamanı sahildən 13,9 km məsafədə, Xəzər-Zirə adası­nın şimalındakı daşlıq ərazidə 1 ədəd köhnə dəniz minası aşkarlanıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) iyununn 29-da yaydığı məlumatda bildirilir.

Məlumata görə, mühəndis-istehkam mütəxəssisləri mina aşkarlanan əraziyə ba­xış keçir­iblər:
“Mərminin dəniz minası olması təsdiqlənib. Daşın­masının təh­lükəli olması səbəbilə yerində zərərsizləşdirilməsi qərarı verilib”.

Minanın iyunun 28-də aşkarlandığı ərazidə partladılma yolu ilə zərərsizləşdirildiyi bildirilir.