XİN-dən Ukraynada təhsil alan tələbələrlə bağlı tövsiyə

Sizin brauzer HTML5-i dəstəkləmir

Kiyevdəki azərbaycanlı tələbə: 'Cibimdə 3 dollarım qalıb'

Ukraynada təhsil alan onlarla Azərbaycan vətəndaşı olan tələbə ölkəyə qayıda bilmir. Bu barədə AzadlıqRadiosuna tələbələrin özləri məlumat verib.

"Pulumuz qurtarıb. Çoxumuz kirayə haqqını verə bilmirik deyə, çöldə qalmaq təhlükəsi ilə üz-üzəyik. Düzdür, buradakı diaspora bizə bir neçə dəfə yardım edib, amma bu vəsait yalnız ərzaq almağa çatır", - tələbələrdən biri deyib.

Tələbələr iki ölkə arasında birbaşa aviareyslər olmadığı üçün ölkəyə qayıda bilmədiklərini bildiriblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Turan"a bildirib ki, Azərbaycan hökuməti vətəndaşların geri qaytarılması üçün çalışır.

"Qonşu ölkələrdən tələbələrin geri gətirilməsi davam edir. Dünən (30 iyunda) Rusiyadan daha 250 nəfər quru yol vasitəsilə keçirilib. Türkiyə timsalında xüsusi reyslər açılıb. Bu gündən, yəni iyulun 1-dən etibarən həm AZAL, həm Türkiyə Hava Yolları vasitəsilə həftədə dörd dəfə uçuşlar həyata keçiriləcək. Digər ölkələrdə olan Azərbaycan vətəndaşları Türkiyə reyslərindən tranzit kimi istifadə edə bilərlər. Digər təxliyələrlə bağlı isə nə zaman məlumat olur, onlar nə zaman reallaşdırılır, biz bu barədə ictimaiyyəti məlumatlandırırıq. Təbii ki, bu gün digər ölkələrdə qalan vətəndaşlarımız hələ də var və onların müxtəlif yollarla, o cümlədən digər ölkələr ərazisindən tranzitdən istifadə etməklə geri qaytarılması yolları nəzərdən keçirilir", - L.Abdullayeva bildirib.

O əlavə edib ki, Türkiyə ilə Ukrayna arasında uçuş xətti açıqdırsa, Ukraynada olan tələbələr Türkiyə ərazisindən tranzit olaraq istifadə etməklə bilet alıb ölkəyə qayıda bilərlər.