ABŞ-dakı Venesuela səfirliyinin hərbi attaşesi müxalifət liderini dəstəkləyib

Venesuelanın Vaşinqtondakı səfirliyinin hərbi attaşesi, polkovnik Jose Luis Silva

Venesuelanın ABŞ-dakı səfirliyinin hərbi attaşesi, polkovnik Xose Silva bəyan edib ki, özünü Venesuela prezidenti elan edən müxalifətçi Xuan Quayidonu dəstəkləyir.

Bu barədə yanvarın 27-də Reuters agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, konsulluğun Hyuston və Nyu-Yorkdakı 2 əməkdaşı da eyni mövqedən çıxış edirlər.

“Milli Assambleyanın Xuan Quaidonu müvəqqəti prezident elan etməsi, Venesuela üçün yeganə həll yoludur. Başqa həll yoxdur”, Xose Silva deyib.

Silva deyib ki, indiki prezident Nicolas Maduronu dövlət başçısı kimi tanımır və hesab edir ki, siyasi rəqiblərinin qətli və yoxa çıxmasına görə Maduro cavabdehlik daşıyır.

Qeyd edək ki, Milli Assambleyanın rəhbəti Xuan (Juan Guaido )yanvarın 23-də özünü müvəqqəti prezident elan edib.

ABŞ və bir sıra ölkələr artıq Xuan Quaidonu faktiki prezident kimi tanıyıblar.

Venesuela prezidenti Maduro isə bundan sonra ABŞ-la diplomatik münasibətlərin pozulduğunu bəyan edib və göstərişə əsasən, Karalasdakı ABŞ səfirliyinin əməkdaşları 72 saata ölkəni tərk etməlidirlər.

Bu ultimatumun vaxtı artıq yanvarın 26-da bitib.

Amma məlumatlara görə Maduro mövqeini bir qədər yumşaldıb və 30 gün ərzində hər iki ölkədə “maraqlar mərkəzi” açılması ilə bağlı ABŞ-la danışıqlara başlandığını elan edib.