Yakutiyalı şaman yenidən Moskvaya gedir, məqsəd Putini qovmaqdır

Aleksandr Gabyshev , arxiv foto

Yakutiyadan olan şaman Alexander Gabyshev yenidən Moskvaya yola düşüb. Yenə də hədəfi Putini Kremldən qovmaqdır.

Dekabrın 7-də yola çıxan şaman bu dəfə tək deyil, onu Aleksey və Kirill adlı iki dostu müşayət edir. Bundan başqa şaman özü ilə səfərinə dörd it də götürüb.

Raven ləqəbli Yevgeni Rostokinin Gabyshevin ruhlarla danışdıqdan sonra səfərə başladığını bildirib.

"Allahın iradəsi yerinə yetiriləcək" deyə o şamanın sözlərini çatdırıb.

Müxbir şamanın özü və yoldaşları ilə əlaqə qura bilməyib. Yakutskda hazırda 44 dərəcə şaxta olduğu bildirilir.

Buna da bax: Putini Kremldən qovmaq istəyən şaman yürüşünü davam etdirəcək

Dekabrın 3-də Yakutiya Ali Məhkəməsi şamanın vəkillərinin Aleksandr Gabyshevə cinayət işinin qanunsuz və əsassız başlanması ilə bağlı şikayətini rədd edib.

Şaman Gabyshev bundan əvvəlki səfəri zamanı sentyabrın 19-da Buryatiya ilə İrkutsk vilayətinin sərhədində saxlanıb. Ekstremizmə çağırış ittihamı ilə barəsində cinayət işi açılan şaman psixiatrik xəstəxanaya salınmışdı. O, müsahibələrində bunu SSRİ vaxtındakı “divantutma təbabətinin nümunəsi" adlandırmışdı.

Amnesty International insan haqları təşkilatı yakutiyalı şamanı vicdan məhbusu hesab etdiyini bildirib.