Yanğınla bağlı cinayət işi qaldırıldığı deyilir 

arxiv foto

Fövqəladə Hallar Nazriliyi və Baş Prokuroluq noyabrın 29-da Bakının Suraxanı rayonu, Aşurbəyovlar küçəsi 8 saylı yaşayış binasının 25-ci mənzilində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Yanğın nəticəsində iki azyaşlının - Ruqayyə və Anar Əlizadələrin tüstüdən boğularaq öldükləri deyilir.

“İlkin istintaqla müəyyən edilib ki, həmin evdə 2 ildən artıq həyat yoldaşı ilə kirayədə yaşayan Könül Əliyeva övladları - Ruqayyə və Anar Əlizadəni mənzildə tək qoyaraq mağazaya gedib, evə qayıtdıqda qatı tüstü olduğunu görüb. Azyaşlılar qonşuların köməkliyi ilə çıxarıldıqdan sonra yanğın baş verib və dərhal xəstəxanaya aparılmalarına baxmayaraq hər ikisi vəfat edib”, - məlumatda bildirilir.

Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.