Sabaha Bakı və bölgələrdə yağıntı gözlənilmir

arxiv foto

Yanvarın 20-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 1 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 0-2 , gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 20-də Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənmir.

Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.