Yaponiyada daşıqn nəticəsində onlarla adam ölüb, 90-dan çox adam itkin düşüb

JYaponiyada daşqın

Yaponiyada baş verən daşıqn nəticəsində onlarla adam ölüb, onlarla insan isə itgin düşüb.

Bu barədə Reuters və digər qərb agentlikləri iyulun 8-də ölkə rəsmilərinə istinadla məlumat yayıblar.

Daşqına səbəb leysan yağışları olub.

Hökumətin sözçüsü Yoshihide Suga, 48 nəfərin ölüm xəbərinin rəsmən təsdiqləndiyini, sel qəflətən gəldiyindən, daha 28 nəfərinsə ölmüş hesab olunduğunu deyib.

Təbii fəlakət ölkənin mərkəzi və qərb rayonlarında baş verib.

Hökumətin sözçüsü həmçinin Xirosimanın cənubunda azı 92 nəfərin itkin düşdüyün bildirib.

Sinoptiklərin məlumatına görə,1976-cı ildən bu yana Yaponiyaya bu qədər yağış düşməyib.

Baş Nazir Shinzo Abe insanları xilas etmək üçün bütün mümkün imkanlara əl atıldığını bildirib.

Bir neçə kənd tamamilə suyun altında qalıb. Xilas olmaq üçün evlərin damına çıxan insanlar kömək gözləyirlər.

Hakimiyyət milyonlarla insanı evlərini tərk etməyə çağırıb.