Yaponiya Rusiya vətəndaşının saxlanması ilə bağlı rəsmi olaraq Moskvanı xəbərdar edib və həmin səxsin Kuril adalarından üzərək Hokkaydo şəhərinə gəldiyini bildirib.
Bu barədə RİA Novosti Sapporodakı Baş Konsulluğa istinadən məlumat yayıb.
Məlumatda vurğulanır ki, rusiyalı şəhərə qanunsuz daxil olduğu üçün saxlanılıb və hazırda onun Yaponiya ərazisinə necə gəldiyi araşdırılır.
Güman edilir ki, o, Kunaşirdən Hokkaydodan ayıran təxminən 25 kilometr suyu üzərək keçib. Bu ehtimalın irəli sürülməsinə səbəb Şibetsu yaxınlığındakı sahildə sualtında istifadə olunan paltarın tapılması olub.
Hokkaydo qəzeti rusiyalıya siyasi sığınacaq verilmədiyini və Yaponiyada müvəqqəti yaşamaq icazəsi almayacağını bildirir.
Qeyd olunur ki, səlahiyyətlilərin qərarı, Yaponiyanın Kuril adalarını öz ərazisi hesab etməsi ilə əlaqədardır. Bu səbəbdən də rusiyalıya sığınacaq verilməsi bu mövqeyə zidd olardı.
Gazeta.ru saytının məlumatına görə, sentyabrın 2 -də rusiyalı Saxalinə təhvil veriləcək.
Avqustun 21 -də məlum olub ki, üzərək Yaponiyaya keçən rusiyalı, üç il əvvəl Kuşnir adasındakı Qolovnino kəndi yaxınlığında torpaq alıb həmin əraziyə köçüb.