Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın baş verib.
Bu barədə bu gün, iyulun 5-də Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb:
“ Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları, yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir”
FHN bildirir ki, yanğın söndürülmə işlərinə "Mi-17" helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi ( həm quruda, həm də suda enib, qalxa bilən təyyarə-R) cəlb olunub.