2023-cü ilin 6 ayı ərzində Amerika Birləşmiş Ştatlarında (ABŞ) törədilən 28 kütləvi qətl hadisəsində 140 adam həlak olub. Associated Press xəbərinə görə, bu, ən azı 2006-cı ildən bəri hər hansı digər yarımillikdən çoxdur. (Kütləvi qətl, ən azı dörd nəfərin öldüyü bir hadisədir)
Associated Press bu cür cinayətlərin məlumat bazası-nı USA Today və Northeastern Universiteti ilə birgə toplayır.
Buna da bax: Los-Anceles yaxınlığında naməlum şəxs atəş açaraq ən azı 9 nəfəri öldürübMəlumat bazasına nəzarət edən kriminologiya professoru Ceyms Alan Foks qətl hadisələrinin çoxluğunu həm əhali, həm də silah sayının artımı ilə əlaqələndirir.
Məlumatda 4 nəfərin ölümü ilə nəticələnən Monrodakı bir ev yanğınından başqa bütün kütləvi qətllərdə odlu silahdan istifadə olunduğu bildirilir.
O da vurğulanır ki, kütləvi qətllər ABŞ-da insanlara qarşı istifadə edilən silahların ümumi sayının yalnız kiçik bir hissəsidir.
Buna da bax: Silahlı zorakılıqlar haqda filmlərin hədəfiSilah Zorakılığı Arxivinin daha ətraflı məlumatlarına görə, altı ayda ABŞ-da 335 kütləvi atışma hadisəsi baş verib.
ABŞ-da silahlara nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr davam etməkdədir.
Prezident Co Bayden mütəmadi olaraq silah qanununun "ağıllı" islahatına çağırır. Amerikalıların özünümüdafiə hüququnda israrlı olan ABŞ-ın Milli Tüfəng Assosiasiyası isə bu təklifə qarşı çıxır.