Yarımstansiyada yanğın olub, işıqlar sönüb

arxiv foto

Sentyabrn 8-də səhər saatarında Yevlax şəhərində “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinə (ASC) məxsus yarımstansiyada (110 kVt) yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, yanğının baş verməsinə səbəb qısa qapanma olub, nəticədə yarımstansiya daxilində və hər biri 10kVt olan iki qapalı paylayıcı qurğudan biri sıradan çıxıb.

Məlumatda yanğının söndürüldüyü vurğulanır.

“Azərişıq” ASC-dən isə bildiriblər ki, yanğın baş verəndə yarımstansiyanın təmin etdiyi ərazilərdə elektrik enerisi verilməsi dayandırılıb. “ Elektrik enerjisi verilməsinin bərpa olunması gözlənilir”, deyə qurumdan qeyd ediblər.