Yağıntı gözlənilmir

Bakı, 16 dekabr 2017

Martın 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu və yağmursuz olacağı gözlənir. Mülayim cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənmir. Ayrı-ayrı yerlərdə duman olacağı, qərb küləyinin əsəcəyi, gündüz onun əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi ehtimalı var. Gecə 1-6, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 6-11 dərəcə isti təxmin edilir.