542 nəfərdə koronavirus aşkarlanıb, 9 nəfər vəfat edib

Azərbaycanda iyulun 9-da koronavirus infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 465 nəfər sağalıb, 9 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Rəsmi məlumata görə, indiyədək Azərbaycanda ümumilikdə 21 min 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 min 100 nəfəri sağalıb, 274 nəfər vəfat edib, 8 min 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 355, ötən müddət ərzində isə ümumilikdə 537min230 test aparıldığı bildirilir.