44 yeni yoluxma aşkarlanıb, 3 ölüm 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

44 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 102 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan fevralın 8-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 231 min 198 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 225 min 348 nəfər sağalıb, 3161 nəfər vəfat edib, aktiv xəstə sayı 2689 nəfərdir”.

Qurumdan açıqlamaya görə, son sutka ərzində

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3567, hazırkı dövrədək isə 2 milyhon 456 min 650 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Buna da bax: Yayın sonuna kütləvi immunitet əldə etmək ‘çətin olacaq’

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.