101 gündəlik yoluxma aşkarlanıb, 2 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 63 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 2-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan iki nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 336 min 223 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 min 338-i sağalıb, 4 min 977-i vəfat edib, aktiv xəstə sayı 908-ə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.