Paşinyan deyib ki, Yerevanda ‘Həyat parkı’ açılacaq

Bu barədə bəyanat verən baş nazir Nikol Paşinyan deyib ki, burada əkiləcək ağaclar “həyatı və bütün Qarabağ müharibələrinin qurbanlarını” əks etdirəcək

Yerevanın Botanika bağında “Həyat parkı” yaradılacaq.

Bu barədə bəyanat verən baş nazir Nikol Paşinyan deyib ki, burada əkiləcək ağaclar “həyatı və bütün Qarabağ müharibələrinin qurbanlarını” əks etdirəcək.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun xəbər verir ki, Yerevanın mərkəzindəki Respublika meydanında Ermənistanın müstəqilliyinin 30-cu ildönümünə həsr edilmiş tədbirdə baş nazir daha sonra deyib:

“Bu parkın kulminasiyası Həyat ağacı olacaq. Bu ağac həyatlarını vətən uğrunda qurban verənləri simvolizə edcəcək. Bu bir xatirə abidəsi yox, Həyat Parkı olacaq. Burada uşaqlar qaçışacaq, səs salacaqlar. Gənclər burada vaxt keçirəcək, gəzəcək, yaşlılar söhbət edəcəklər. Bu park ondan xəbər verəcək ki, bütün bu insanlar Ermənistanın və Artsaxın (Qarabağ – red) yaşaması üçün həlak olublar”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Paşinyan hərbi məzarlıqda etirazla qarşılandı

Paşinyanın sözlərinə görə, Ermənistanın və Dağlıq Qarabağın həyatı, habelə “dinc yaşayan və inkişaf edən Erməni dövlətçiliyi müharibə qurbanlarının yaratmış olduğu qələbə” sayılmalıdır.

Ermənistanın baş naziri sözü gedən parkda əkiləcək ağacları nümayiş etdirib.

O deyib ki, bu ağaclar Ermənistanda yeni, dinc inkişaf mərhələsinin başlanğıcı olacaq.