Yerevanda 50-dək etirazçı saxlanıb

Ermənistan paytaxtı Yerevanın mərkəzində müxalifətin on minlərlə nümayəndəsi etiraz mitinqi keçirib.

Onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirdilər.

Mitinq zamanı şəhərin mərkəzi küçələrindən bir neçəsi bağlanıb.

Mitinqin əsas təşkilatçısı olan müxalif “Vətənin xilası” təşkilatı hökumətin istefasını və yeni parlament seçkisi keçirilməsini tələb edib.

Fevralın 23-də həmin hərəkatın üzvləri Paşinyanın hökumət binasına daxil olmasının qarşısını almağa çalışıblar.

Bu aksiya zamanı “Vətənin xilası” hərəkatı da daxil, müxalifətin 50-dək nümayəndəsi saxlanıb.

Bu hərəkatın üzvləri son bir həftədə ən azı üç etiraz asiyası çağırıblar.

Mitinq iştirakçıları 44 günlük Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətinə və baş nazir Paşinyanın 10 noyabr üçtərfli bəyanatını imzalamasına etiraz edirtlər.

Bu müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonlar və keçmiş muxtar vilayətin üçdə biri üzərində nəzarəti özünə qaytarıb.

Paşinyan istefa tələblərini qətiyyətlə rədd edir.