Ərəb Dövlətləri Liqası Fələsitinin sərhədlərini tanımağa çağırdı

Sizin brauzer HTML5-i dəstəkləmir

Fələstinlilərlə İsrail ordusu arasında toqquşmalar davam edir

Ərəb Dövlətləri Liqası dünya ictimaiyyətinə müraciət edərək Fələstinin 1967-ci il 4 iyul sərhədləri daxilində, paytaxtı şərqi Qüds olmaqla tanınmasına çağırıb.

Ərəb ölkələri israr edirlər ki, İsrail BMT qətnamələrini yerinə yetirməli, 1967-ci il iyulun 4-də işğal etdiyi Fələstin ərazilərini azad etməlidir.

ABŞ prezidenti Donald Trump-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanımasına gəlincə, ərəb ölkələri hesab edirlər ki, bu qərar dəyişdirilməlidir.

Ərəb Dövlətləri Liqası BMT-yə müraciət edərək Trump administrasiyasının qərarını müzakirəyə çıxarılmasını istəyəcək.

ABŞ prezidentinin Yerusəlimlə bağlı qərarını Rusiya, Fransa, Almaniya və bir çox başqa ölkələr də tənqid edib.