Prezident pullu olacaq yolu açıb

Prezident İlham Əliyev yolun açılışında. 20 oktyabr 2023

Prezident İlham Əliyev oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib.

+++

Tarif Şurası Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun yeni hissəsi üçün ödəniş qiymətlərini müəyyən edib. Söhbət "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni hissəsindən gedir.

Qurumun açıqlamasına görə, 129 kilometr uzunluqda olan bu yol ənənəvi yoldan qısadır və sürət həddi daha yüksəkdir: "Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub...".

Qiymətlər bələdir:

- minik avtomobilləri və kütləsi 3.5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9.3 qəpik (bütün yol üçün 12 manat)

- kütləsi 3.5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri.. üzrə 1 km-ə 11.6 qəpik (15 manat)

- avtobuslar üzrə 1 km üçün 7.8 qəpik (10 manat)

- TIR-lar üzrə 1 km-ə 19.4 qəpik (25 manat)