Koronavirusa bir gündə rekord 590 yoluxma

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 590 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bugün, iyunun 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Məlumatda yazılıb ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

Qərargahdan bildirildiyinə görə, Azərbaycanda son sutka ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 103 test aparılıb.

Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 441 961-dir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib.

O zamandan bəri gündəlik yoluxma sayı heç vaxt bu qədər olamamışdı.

Dünən, iyunun 23-də 508 yeni yoluxma faktının qeydə alındığı bildirilmişdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Apteklərdə dərman qıtlığı yaranır

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 9 milyon 400 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 480 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.