Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano vəfat edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri , 11 sentyabr, 2017.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano 72 yaşında vəfat edib.

Bu barədə iyulun 22-də təşkilatın rəsmi saytı məlumat yayıb. Amma onun ölümünün səbəbi barədə ətraflı məlumat verilmir.

Amano-nun vəfatına görə təşkilatın Vyanada yerləşən baş qırargahı üzərindəki bayrağı aşağı salınıb.

“İnterfaks” agentliyi bu ərəfədə öz mənbələrinə istinadla, Amanonun səhətinə görə, bu vəzifəni vaxtındanəvvəl tərk etməsinin mümkünlüyü barədə məlumat yaymışdı.

Beynəlxalq Atom Enerjisi Agentliyi1957-ci ildə yaradılıb.

Agentliyin məqsədi, dünyada atom enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi və nüvə silahlarının yayılmaması sahəsində beynəlxalq əməkdaşlıq və nəzarəti təmin etməkdir.

Yukiya Amano Tokiyo Universitetinin hüquq fakulətəsini bitirib.

Bundan sonra Yaponiyanın xaririci işlər nazirliyində çalışıb.

Beynəlxalq tərksilah problemi və nüvə silahlarının yayılmaması sahələri üzrə mütəxəssisləşib.

2005-ci ildən Beynəlxalq Atom Enerjisi Agentliyi İdarə Şurasında Yaponiyanı təmsil edib.

2009-cu il dekabrın 1-dən isə bu təşkilata rəhbərlik edib.